GündəmManşetSiyasət

Lavrov Mirzoyanı əldə edilmiş razılaşmaları yerinə yetirməyə çağırıb

Fevralın 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrova zəng edib.

Nazirlər ikitərəfli münasibətlərə dair aktual məsələləri müzakirə ediblər. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri müzakirə olunub.

“Rusiya tərəfi diqqəti regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, Yerevanla Bakı arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması, habelə ictimai xadimlərin, ekspertlərin və parlamentarilərin dialoqunun təşviqi daxil olmaqla, 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022- ci il tarixli yüksək səviyyəli üçtərəfli razılaşmaların həyata keçirilməsi üzrə işlərin tezliklə bərpasının vacibliyinə yetirib”, – Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Xatırladaq ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin Qarabağ üzrə xüsusi nümayəndəsi İqor Xovayev Yerevana gedib və Mirzoyanla danışıqlar aparıb. Məhz bundan sonra Mirzoyan Lavrova zəng edib.

Güman etmək olar ki, Xovayev Moskvanın bəzi təkliflərini gətirib və Yerevan onlara cavab verməlidir.

Lavrovun Mirzoyanla söhbətinə əsasən, bu təkliflər bütün əvvəlki razılaşmaların yerinə yetirilməsinin vacibliyilə bağlıdır.

Bundan öncə Bakı Yerevana sülh sazişinin bağlanmasına dair növbəti təklifləri verib. Lakin baş nazir Nikol Paşinyan bildirib ki, bu təkliflərdə Ermənistan üçün məqbul olmayan məqamlar var.(Turan)

Bənzər yazılar

Back to top button