Cəmiyyət

“Polietilen torbaların ödənişli olmasının narazılıq yaradacağını düşünmürəm”

Polietilen torbaların ödənişli olmasının narazılığa səbəb olacağını düşünmürəm.

AzToday.az APA-ya istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, dünyada heç bir əmtəə ödənişsiz deyil:

“Hər şey kimi polietilen torbaların da ərsəyə gəlməsi üçün xammal, elektrik enerjisi və s. istifadə olunur. Necə ola bilər ki, bu əmtəə pulsuz olsun. Pulsuz olmayan əmtəənin pulsuz verilməsi məntiqsizdir. Elektrik enerjisinin, qazın, yeyinti məhsullarının qiyməti artır. Heç bir narazılıq yoxdursa, polietilen torbalar üçün məsələn 5 qəpik verilməsinin narazılıq yaradacığını düşünmürəm. Hesab edirəm ki, cəmiyyətimiz bu təşəbbüsü dəstəkləyəcək”.

Bənzər yazılar

Back to top button