Dünya
Ərəblər ABŞ-dan 2 milyardlıq silah alır – Körfəzdə sular isinir

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə 2 milyard dollar dəyərində silah satışını təsdiq edib.
AzToday.Az xəbər verir ki, ABŞ Müdafiə, Təhlükəsizlik və Əməkdaşlıq alyansı bu satış barədə konqresə məlumat verib.
Satışı təsdiqlənən silahların siyahısında 60 ədəd “PAC-3” (Patriot Advanced Capability), 100 ədəd “GEM-T” (Guidance Enhanced Missile), çox sayda silah və sursat olduğu bildirilir.
Bu silahlar üçün tələbin BƏƏ-dən gəldiyi, ödənəcək məbləğin 2 milyard dollara yaxın olacağı qeyd edilib.
Açıqlamada, silahların Körfəz ölkəsinə çatdırılmasından sonra bu ölkənin hava və raket hücumlarına qarşı daha təhlükəsiz olacağı vurğulanıb.
Anadolu agentliyi