Hadisə

Bəxtiyar Hacıyevin anası videomüraciət yaydı – Video

“Bəxtiyarla bağlı mətbuatda məlumat yayılıb ki, onu Penitensiar xidmətin tibb məntəqəsinə köçürmək istəyirlər. Bəxtiyar ona razı deyil”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva yayığı videomüraciətində deyib.
“Dünən o vəkilləri vasitəsilə məlumat yaymışdı ki, heç bir xəstəxanaya köçürülmək istəmir, haqqını tələb edir.

Aksiyanı davam etdirir. Ona süni yemək vermək istəyirlər, hər dəqiqə incidirlər. O cinayətkar deyil. Köçürmək lazımdırsa dövlət xəstəxanalarından birinə köçürsünlər. Ona etdikləri cəzalar bəsdir. Mən oğlumun salamat çıxmasını istəyirəm. O nə edib, nə cinayət törədib? Dövlət malını yeməyib, heç kəslə dalaşmayıb”, – deyə o vurğulayıb.

Qeyd edək ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib. Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək aclığa davam edir. Yanvarın 21-də məhkəmə
Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

Bənzər yazılar

Back to top button