İdman

Qvardiola “Mançester Siti”dən şikayət edən 9 klubun adını açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın klublarının onun komandasına qarşı haqsızlıq etdiyini düşünür.

Qol.az xəbər verir ki, bu haqda o, “Sky Sport”a müsahibəsində danışıb.

Hazırda İngiltərədə “Mançester Siti”yə qarşı maliyyə feyr-pley qaydalarını pozması ittihamı ilə araşdırma aparılır. İki il əvvəl bənzər prosedur UEFA tərəfindən də həyata keçirilmiş və Mançester təmsilçisi avrokuboklardan kənarlaşdırılmışdı.

Sonradan İdman Arbitraj Məhkəməsi – CAS UEFA-nın qərarını ləğv etmişdi.

Həmin dövrü xatırlayan Qvardiola bəzi ingilis klublarının hərəkətindən məyus olduğunu söyləyib.

“Onların sayı 9 idi. “Bernli”, “Vulverhempton”, “Lester”, “Nyukasl”, “Tottenhem”, “Arsenal” “Mançester Yunayted”, “Liverpul” və “Çelsi”. Onlar məktub yazaraq “Mançester Siti”nin Çempionlar Liqasından çıxarılmağını və bizim yerimizi tutmaq istəyirdilər. Bu, görünməmiş bir hadisə idi. İndi ikinci dəfə bənzər proseslər gedir”.

Bənzər yazılar

Back to top button