Hadisə

SOCAR-ın mühəndisi özünü 16-cı mərtəbədən ataraq intihar edib

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

AzToday.Az-ın məlumatına görə, Lent.az xəbər verir ki, Xətai rayonu Telnov küçəsində yerləşən çoxmərtəbəli binada yaşayan 1987-ci il təvəllüdlü Əsədov Elgün Xalid oğlu özünü 16-cı mərtəbənin eyvanından atıb. O, hadisə yerindəcə ölüb.

Baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Məlumata görə 30 yaşlı Elgün Əsədov SOCAR-ın mühəndisi olub. O, ailəli, 1 uşaq atası olub.

Bildirilir ki, Pirallahı rayonunda qeydiyyatda olan E.Əsədov bir müddət əvvəl Xətai rayonunda 16-cı mərtəbədə mənzil alıb və ailəsi ilə burada yaşayıb. Hadisə vaxtı isə onun ailəsi rayonda olub. Elgün bacısı ilə mənzildə olarkən qəfil pəncərəyə tərəf gedib və özünü atıb.

30 yaşlı E.Əsədovun bacısı, qışqırıq səsi eşitdiyini, eyvana doğru qaçdığını və dəhşətli hadisənin şahidi olduğunu bildirib.

Maraqlıdır ki, E.Əsədov intihar etməzdən əvvəl feysbuk səhifəsində ölüm anonsu verib. Onun statusunu və bəzi fotolarını təqdim edirik.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bənzər yazılar

Back to top button