İdman

Qurban Qurbanov zəfəri Allahverdi Bağırova həsr etdi

Azarkeşlərə dəstəyə görə minnətdarlığımı bildirirəm. Bu gün ən yaxşı onlar idilər”.

Fanat.Az xəbər verir ki, bu sözləri səfərdə qolsuz bərabərliyə razılaşdığı “Kukesi”ni evdə 3 cavabsız qolla yenərək Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis bu gün Bakıda baş tutan oyun və növbəti rəqib haqda fikirlərini bölüşüb: “Azərbaycanın çoxlu qəhrəmanları var. Bu qələbəni Allahverdi Bağırova və bütün ölkəmizə həsr etməyə hazırıq. Oyunçularımızı da təbrik edirəm. Bir neçə epizodu çıxmaq şərti ilə hazırlaşdığımız kimi oynadılar. Matçın əvvəlində həyəcanlıydılar. Qaçırılan epizodları vurmaq lazım idi. Növbəti oyunlarda belə şanslardan daha soyuqqanlı şəkildə yanaşmalıdılar. Mahir də qol vəziyyətlərini boşa verdiyinə görə çox üzgündü. Amma oyunuyla ümidləndirdi. Ruhdan düşməməlidi. ”Kukesi”yə uğurlar arzulayıram. BATE ilə görüşə hazırlaşmaq üçün 5 gün vaxtımız var. Təcrübəli komandadı. Bu rəqiblə oyuna düzgün yanaşmalıyıq”.

O, yeni transferlər ola biləcəyini də söyləyib: “Transfer işlərini tamamlamamışıq. Axtarışdayıq. Alınsa, yenilər olacaq”.

Bənzər yazılar

Back to top button