Hadisə

Xilasedicilərimiz 120 saat dağıntılar altında qalmış yaşlı qadını belə xilas etdilər

Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin fədakarlığı və peşəkarlığı sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində çox mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 120 saat qalmış 50 yaşlı Fatma adlı qadın sağ xilas olunub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bənzər yazılar

Back to top button