Dünya

ABŞ səfiri: Rusiya ATƏT-də “demək olar ki, təcrid olunub”

Cümə günü ABŞ-ın ATƏT-dəki səfiri bildirib ki, Rusiyanın Ukraynaya hücumu “dünya miqyaslı strateji səhv” idi, belə ki, ölkə, demək olar ki, tamamilə təcrid olunub və həm sərt, həm də yumşaq qüvvəni itirir.

“Rusiya açıq-aşkar Ukraynanı işğal etməyə müvəffəq olmayıb”, deyə səfir Maykl Karpenter Dövlət Departamentinin Brüssel media mərkəzi tərəfindən təşkil olunmuş xüsusi onlayn brifinqdə bildirib.

Beynəlxalq ictimaiyyətin Ukrayna ətrafında birləşməsinin səbəbi bunun sadəcə ərazi mübahisəsi olmamasıdır. “Mahiyyətcə, bu, Ukraynanı suveren ölkələr xəritəsindən silmək cəhdidir”, deyə o bildirib.

ATƏT-də Rusiyanın təcavüzkar müharibəsini müdafiə edən cəmi bir ölkə var, o da həmtəcavüzkar olan Belarusdur. “Biz Rusiyanı diplomatik və siyasi cəhətdən təcrid edirik”, deyə o əlavə edib.

Turan-ın müxbirinin ATƏT Parlament Assambleyasının Avstriyada keçiriləcək, Rusiya parlamentarilərinin iştirakına icazə verilən təhlükəsizlik məsələlərinə dair sessiyası haqqında sualına cavabda Karpenter bildirib ki, ruslarla heç kim danışmayacaq.

“Rusiya nümayəndə heyətinin bir çox üzvləri layiqli olaraq ABŞ-ın və bizim Aİ-dən olan tərəfdaşlarımızın sanksiyalarına məruz qalıblar. Bundan başqa, onlar Kremlin təbliğatının yayıcısıdır və mən kiminsə onları dinləməsi üçün səbəb görmürəm. Assambleyanın özünə gəlincə, ümid edirəm ki, Rusiyanın hərəkətləri hərtərəfli pislənəcək”, deyə Karpenter bildirib.(Turan)

Bənzər yazılar

Back to top button