ManşetSiyasət

Qarabağ qələbəsinin ardından ölkə sürətlə demokratikləşməlidir (ŞƏRH)

“Qarabağ məsələsində daxildə və xaricdə hər cinah bir model təklif etdi, təşfiq etdi, inandırmağa çalışdı, hətta böyük təzyiqlər etdi. Ancaq sonunda Azərbaycan dövlətinin problemin həllinə dair strateji qərarında ağıllı milli yanaşma qalib gəldi. Məsələ o yanaşmanın təklif etdiyi hərbi-siyasi yolla həll oldu və bu prosesdən yerdə qalan problemli məsələlər də o konteksdə həll olunur. Daxildə və xaricdə hamıya məlum olan böyük maneələrə baxmayaraq, Qarabağ məsələsinin həllinə dair milli yanaşma ona görə üstün gəldi ki, bu yanaşma həm ağıla, həm vicdana, həm ruha, həm də dünyanın reallığına uyğun idi”.

AzToday.az xəbər verir ki, bu sözləri siyasi analitik Nazim Cəfərsoy Azərbaycanın Qarabağ siyasətini şərh edərkən deyib.

Onun sözlərinə görə, hərbi qələbənin davamını gətirmək üçün Azərbaycan yaxın perspektivdə mütləq demokratikləşməlidir:

“Ölkənin siyasi sisteminin gələcəyi barədə mili yanaşmanın təklifi isə Azərbaycanın həqiqi mənada demokratikləşməsi, hüquqi və sosial ədalət dövləti olmasıdır. Hamımıza yaxşı məlum olan böyük daxili və xarici problemlərə və müqavimətə baxmayaraq Azərbaycan dövlətinin siyasi rejimin gələcəyi ilə bağlı strateji qərarında da bu milli yanaşma həlledici olacaq. Çünki bu milli yanaşma da həm ağıla, həm vicdana, həm ruha, həm də dünyanın reallığına uyğundur.

Bilirəm buna realda inanan çox azdır, ancaq Qarabağı həm də bu hakimiyyətlə qaytaracağımıza da çox az inanırdıq, amma qaytardıq, həm də cəmiyyət olaraq ən az inandığımız dövrlərin birində ikən. Demokratikləşmə və hüquq dövləti yolumuz da elə olacaq. Necə ki, Qarabağ barədə strateji qərar veriləndə xalq hər şeyi ilə dəstəklədi, o “knopka” ilə durub oturanlar da “vətənpərvər” oldular. Demokratikləşmə ilə bağlı qərar olanda da xalq güclü formada dəstəkləyəcək, o “knopka”yla durub oturanlar da olacaqlar “demokrat”. Ancaq bu qərarı daha çox vaxt və enerji itirmədən sürətlə vermək lazımdır…”

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button