Siyasət

ABŞ yenidən Bəxtiyar Hacıyevin tezliklə azadlığa buraxılmasına çağırıb

Biz azərbaycanlı fəal Bəxtiyar Hacıyevin ötən dekabr – Beynəlxalq İnsan Haqları Günündən bəri həbsdə qalmasından və onun siyasi motivli hesab olunan ittihamlarla üzləşməsindən dərin narahatıq”. TURANın Vaşinqton müxbiri xəbər verir ki, bunu ABŞ Dövlət Departamentin rəsmisi Ned Prays şənbə günü deyib.

Müstəqil həkimin sözlərinə görə, aclıq aksiyası keçirən Bəxtiyar Hacıyevin vəziyyəti ciddi şəkildə pisləşib və o, komaya düşə bilər, Prays qeyd edib.

“Birləşmiş Ştatlar cənab Hacıyevin tezliklə azad edilməsinə və əsas azadlıqlarından istifadə etdiklərinə görə həbs olunanların hamısının azad edilməsinə çağırır.

Birləşmiş Ştatlar insan hüquqlarına hörməti təşviq etmək, insan haqları müdafiəçilərini dəstəkləmək və insan hüquqlarının pozulmasına yol verənləri məsuliyyətə cəlb etmək öhdəliyinə qətiyyətlə sadiqdir.

Biz sistemli islahatlara, Azərbaycanda və dünyada insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi ilə bağlı bütün addımları təşviq edirik”, – Dövlət Departamentinin bəyanatında deyilir.

Bənzər yazılar

Back to top button