Dünya

Baş nazir ana oldu: 27 il sonra

Yeni Zellandiyanın baş naziri Casinda Ardörn və onun sevgilisi Klark Qeyfordun övladları dünyaya gəlib.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, nazir bu barədə “Instagram” hesabından məlumat verib və qız övladının doğulduğunu deyib. Baş nazir 6 həftəlik analıq istirahətinə yollanacaq və vəzifəsinin icrasını prezident Vinston Pitersə həvalə edəcək.

Qeyd edək ki, 37 yaşlı Casinda Ardörn son 27 ildə vəzifəsinin icrası zamanı ana olan ilk baş nazirdir. Sonuncu dəfə 1990-cı ildə Pakistanın baş naziri Bənazir Butto qızı Bəxtiyar Butto Zərdariyi dünyaya gətirmişdi.

Jacinda Ardern talks to media on Thursday, October 19, 2017, in Wellington, New Zealand. Ardern will be New Zealand’s next prime minister and hopes to take the country on a more liberal path following nine years of rule by the conservatives.

Bənzər yazılar

Back to top button