Dünya

“WikiLeaks” bu məlumatı təqdim edənə 100 min dollar vəd edir

“WikiLeaks” ABŞ prezidenti Donald Trampla Federal Təhqiqatlar Bürosunun bugünlərdə vəzifəsindən uzaqlaşdırılan rəhbəri Сeyms Komi arasında söhbətin audioyazısını təqdim edən şəxsə 100 min dollar mükafat vəd edir.

Bu barədə müraciəti “WikiLeaks” “Twitter”dən ünvanlayıb.

Xatırladaq ki, Tramp Komini qəfildən istefaya göndərib. Onun işdən çıxarılması Trampın seçkiqabağı kampaniya üzrə köməkçiləri ilə rusiyalı rəsmi şəxslər arasında əlaqələri araşdırmaq üçün FTB tərəfindən aparılan təhqiqat fonunda baş verib.

Tramp özü isə qərarını FTB-nin səmərəsiz fəaliyyəti ilə əlaqələndirib.

Sonradan KİV-lərdə məlumat yayılıb ki, inauqurasiyadan bir həftə sonra Ağ Evdə tərəflər arasında görüş keçirilib.

“WikiLeaks” məhz bu görüşdə aparılan müzakirələrin audioyazısını əldə etməyə çalışır.

Bənzər yazılar

Back to top button