İdman

“Lunyov yayda “Qarabağ”a keçə bilər” – Agenti açıqladı

“Qarabağ”ın qış transfer pəncərəsində heyətinə cəlb etmək istədiyi Andrey Lunyovun agenti Anton Smirnov qapıçının yaya qədər “Bayer”də qalacağını bildirib.

Qol.az xəbər verir ki, o, “RB Sport”a açıqlamasında rusiyalı qolkiperin zədəsinə görə qışda klubunu dəyişə bilmədiyini deyib:

“Lunyov zədəli olduğuna görə aktiv danışıqlar dayandırıldı. Bütün variantlar yaya qaldı. İngiltərəni də nəzərdən keçirəcəyik. Əməkdaşlıq müqaviləsi bağladığımız BASE agentliyindən Böyük Britaniyada variantları gözləyirik. Türkiyə variantı da qalır. “Qarabağ”ı da istisna etmirəm. Biz bütün variantları nəzərdən keçirəcəyik”,

Qeyd edək ki, Moskva “Torpedo”sunun yetirməsi olan Andre Lunyov zədə səbəbindən bu mövsüm Bundesliqada cəmi 1 oyuna çıxıb. 31 yaşlı qapıçı Rusiya millisində 7 oyun keçirib.

Bənzər yazılar

Back to top button