Cəmiyyət
Çərşənbə axşamı üçün hava proqnozu
Fevralın 14-də Bakıda və Abşeronda hava buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-6 dərəcə isti olacaq.
Ölkənin rayonlarına yağmur, dağlara qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5 dərəcədən 10 dərəcəyədək şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.