İqtisadiyyatManşet

İlham Əliyev Mingəçevirdə yeni elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib

Bazar ertəsi prezident İlham Əliyev Mingəçevirdə 1280 MVt-lıq yeni istilik elektrik stansiyasının təməlqoyma mərazimində iştirak edib.

“Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq”, deyə Əliyev bildirib.

Onun sözlərinə görə, gələcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin.

Əliyev qeyd edib ki, yeni stansiya “eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq”.

* 2022-ci il oktyabrın 25-də Azərbaycan prezidenti Mingəçevirdəki Azərbaycan istilik elektrik stansiyasının müasirləşdirilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan İES-in müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması, 7-ci və 8-ci enerji bloklarının gücünün artırılması və onların ümumi gücünün 600 MVt-dan 1280 MVt-a çatdırılması planlaşdırılır.

Azərbaycan İES hər biri 300 MVt-lıq 8 blokdan ibarətdir. Azərbaycanda istehsal olunan bütün elektrik enerjisinin 45%-ə yaxını bu stansiyada istehsal olunur.

Bənzər yazılar

Back to top button