Siyasət

Azərbaycan ombudsmanı dünya birliyini Ermənistana təsir göstərməyə çağırıb

Azərbaycan ombudsmanı Səbinə Əliyeva Tərtər rayonunda mina partlaması nəticəsində üç mülki şəxsin həlak olması ilə bağlı dünya birliyinə və beynəlxalq təşkilatlara müraciət edib.

Ombudsmanın ofisindən bildiriblər ki, müraciətdə Ermənistanın dövlət səviyyəsində törətdiyi mina terroru barədə məlumat verilib.

Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrini Azərbaycana verməməsi minaların partlaması nəticəsində insan tələfatına səbəb olur.

Ombudsman dünya birliyini beynəlxalq humanitar hüququn tələblərini pozmağa davam Ermənistana qarşı təsirli tədbirlər görməyə, minaların basdırıldığı yerləri dəqiq göstərən xəritələri təqdim etmək üçün ona təsir göstərməyə çağırıb.

Ötən gün Britaniyanın RPS Energy Ltd. şirkətinin üç yerli sapyoru Tərtər rayonunda Talış kəndi yaxınlığında tank əleyhinə minanın partlaması nəticəsində həlak olub. Onların maşını ot basmış ərazidən keçərkən minaya düşüb.

Bənzər yazılar

Back to top button