İqtisadiyyat

Taleh Yüzbəyovu məhkəməyə verdilər – “Yüz Kafe”nin borcu var…

Təxminən bir il əvvəl fəaliyyətə başlayan “Yüz Kafe” barəsində məhkəmə iddiası qaldırılıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası “MZ Exclusive” MMC tərəfindən irəli sürülüb.

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi İlham Əhmədovun icraatına verilib. Məhkəmə iddiasının alqı-satqı müqaviləsi üzrə mübahisələrlə əlaqədar qaldırıldığı bildirilir.

Qeyd edək ki, “MZ Exclusive” MMC Azərbaycanda ən böyük ixtisaslaşmış distribütor mərkəzlərindən biridir. Şirkət bütün ictimai iaşə müəssisələrinə (restoran, kafe, otel, kinoteatr, istirahət mərkəzləri və s.) məhsulların çatdırılması ilə məşğul olur.

Barəsində iddia qaldırılan “Yüz Kafe”nin sahibi isə məşhur azərbaycanlı aktyor Taleh Yüzbəyovdur.

“Yüz Kafe” MMC rəsmi dövlət qeydiyyatına 19.03.2021-ci ildə alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Rəhmanlı İbrahim Xanlar oğludur.

Onu da qeyd edək ki, hazırda “Yüz Kafe”nin dövlət büdcəsinə də 4 min 844 manat 62 qəpik vergi borcu var.

Bənzər yazılar

Back to top button