Gündəm

Qırmızı Xaç Komitəsinin və Rusiya sülhməramlılarının avtomobilləri Laçın yolundan keçib

Fevralın 13-də Laçın yolundan hər iki istiqamətdə Qırmızı Xaç Komitəsinin və Rusiya sülhməramlılarının avtomobilləri keçib.

Ermənistan KİV-lərinin məlumatına görə, Qırmızı Xaç Komitəsi daha əvvəl Qarabağdan Ermənistana növbəti xəstələri aparıb və indi maşınlar geri qayıdıb. Elə həmin mənbələrin məlumatına görə, Qarabağdan Ermənistana aparılan xəstələrin ümumi sayı 90 nəfəri keçib.

Sülhməramlılara gəlincə, onlar növbəti humanitar yardım partiyasını aparıblar. (Turan)

Bənzər yazılar

Back to top button