Siyasət

Rusiya Azərbaycanda Baş konsulluq açmaq istəyir

Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf edir.

AzToday.az APA-ya istinadla xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Mayviyenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə bildirib.

Onun sözlərinə görə, ölkələrimiz arasında əməkdaşlıq strateji tərəfdaşlıq və müttəfiqliyin görünməmiş yüksək səviyyəsinə çatıb.

Federasiya Şurasının sədri əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına xüsusi dinamikanı prezidentlər verir.

Azərbaycan Milli Məclisinin isə çıxışında vurğulayıb ki, iki ölkə arasında münasibətlər sabitlik və dinamizm ilə xarakterizə olunur.

Valentina Matvienko və Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın işini səmərəli hesab ediblər.

Milli Məclisin sədri parlamentarilərin komitələr səviyyəsində qarşılıqlı fəaliyyətinin genişləndirilməsinin tərəfdarı olduğunu bildirib və belə bir formatın bütün parlament ölçüsünün inkişafına müsbət təsir edəcəyinə əminliyini bildirib.

Görüş iştirakçıları Rusiya-Azərbaycan müqavilə-hüquq bazasının möhkəmləndirilməsinə diqqət yetiriblər. Federasiya Şurasının rəhbəri ötən il məhsuldar olduğunu qeyd edib: “10 hökumətlərarası və qurumlararası saziş, o cümlədən Müttəfiq Əməkdaşlığı haqqında Bəyannamə imzalanıb. “Rusiyanın Azərbaycanda Baş konsulluğunun açılması müttəfiqliyin bariz nümunəsi olardı”, – deyə Matviyenko əlavə edib.

Görüşün mühüm mövzusu həm də regionlararası əməkdaşlıq məsələləri olub. Federasiya Şurasının sədri qeyd edib ki, regionlararası əməkdaşlıqda Rusiyanın 70-dən çox subyekti iştirak edir, 18 region isə Azərbaycanla əməkdaşlıq müqaviləsi bağlayıb. Münasibətlərin gələcək inkişafı baxımından, Federasiya Şurasının sədrinin sözlərinə görə, Rusiya-Azərbaycan regionlararası forumu tələb olunan platformadır.

Bənzər yazılar

Back to top button