İdman
Mask prosesi diqqətlə izləyir – Bu dəfə zarafat etmir

İlon Mask “Mançester Yunayted”in sahibi ola bilər.
Aut.az “Daily Mail”-ə istinadən bildirir ki, “SpaceX”-in təsisçisi klubun satışı ilə bağlı prosesi diqqətlə izləyir.
“Mançester Yunayted”ə görə təklifin təqdim edilməsi üçün “yumsaq son tarix” fevralın 17-nə təyin edilib.
Keçən ilin avqustunda Mask artıq “Mançester Yunayted”i almaq niyyətini açıqlasa da, sonradan bəyanatını zarafat adlandırmışdı.
Xatırladaq ki, ötən ilin noyabrında 2005-ci ildən “Mançester Yunayted”in sahibi olan Qleyzer ailəsi klubu satmaq niyyətində olduğunu açıqlamışdı.