İdman

“Meydanda ölməyim lazım olsa belə…” – Neymar

PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” ilə cavab oyunu öncəsi fikirlərini bildirib.

Qol.az goal.com-a istinadən xəbər verir ki, o, finala yüksəlməyə çalışacaqlarını söyləyib: “Mançester Siti”yə qarşı oynadığımız ilk matç çətin idi. Statistika nə söyləyirsə söyləsin, qələbə qazanmaq şansımız az olsa da, özümüzə inanmalıyıq. Hər parisli də bizə güvənməlidir. Komandam üçün əlimdən gələn hər şeyi edəcəyəm. Meydanda ölməyim lazım olsa belə, PSJ-nin finala çıxması üçün son fit çalınan qədər bütün gücümlə oynayacağam”.

Qeyd edək ki, “Mançester Siti” – PSJ görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk matçda İngiltərə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Bənzər yazılar

Back to top button