Dünya

Milyarder deputat Ermənistan hökumətini sərt tənqid etdi

“Ermənistan hökumətinin iqtisadi proqramı ölkənin inkişafını təmin etmək qabiliyyətinə malik deyil”.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu parlamentdə təmsil olunan Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Sarukyan martın 3-də jurnalistlərə bildirib.

“Mən Harvardda təhsil almamışam, ancaq biznes sahəsində böyük təcrübəm var. Ermənistan iqtisadiyyatını şifahi, ağızdan deyil, praktiki olaraq bilirəm. Bizə iqtisadiyyatın dirçəlməsi, kənd təsərrüfatının yaxşılaşdırılması, kiçik və orta biznesin inkişafı lazımdır”, – o vurğulayıb.

Q.Sarukyan deyib ki, hökumət iqtisadi inqilab elan edəndə borc alanların sayı 1,5 milyon nəfər idisə, indi onların sayı artıq 1,6 milyonu keçib. Sarukyan Ermənistanın iqtisadi inkişafı adi vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə təsir etmir.

Bənzər yazılar

Back to top button