Hadisə

“Yayda tozdan, qışda palçıqdan hərəkət etmək olmur” – Prezidentə şikayət

Ucar Rayon Qazyan kəndinin bir qrup sakini kəndin yolsuzluq problemilə bağlı ölkə rəhbərliyinə müraciət edib.

Bir nüsxəsi də “AzPolitika.info”ya göndərilən məktubda deyilir ki, Qazyan kəndinin bir hissəsi yolsuzluqdan əziyyət çəkir.

Şikayətçilər qeyd edirlər ki, kənd yollarının bir hissəsi asfaltansa da, bu iş onların yaşadıqları əraziyə şamil olunmayıb və hazırda həmin ərazidəki yollar bərbad durumdadır: “Hazırda Ucar rayonu Qazyan kənd ərazisində yol tikintisi işləri aparılır. Ancaq çox təəssüf ki, bu şikayət ərizəsini hazırlayan 100 ailənin yaşadığı əraziyə gedən yola asfalt çəkilməsi nəzərdə tutulmayıb. Bu isə qanunsuzluq və laqeyidlikdir ki, müəyən vəzifəli şəxslər tərəfindən yol verilir. Qazyan kəndinin küçələrinin əksəriyyətinə asfalt örtüyü çəkilsə də, bizim yaşadığımız əraziyə çəkilmir. Həmin ərazidə yerləşən kənd qəbristanlığının yolu da bərbad vəziyyətdədir. Bizim ailələrdə azyaşlı uşaqlar, qocalar və xəstə insanlar var ki, onlar yolsuzluqdan çox əziyyət çəkirlər. Uşaqlarımız yolsuzluğa görə məktəbə gedə bilmirlər. Yolun bərbad vəziyyətdə olmasına görə yayda tozdan, qışda isə palçıqdan hərəkət etmək olmur…”

Şikayətçilər deyirlər ki, bu problemlə bağlı ölkə başçısına müraciət ediblər. Problemin həlli Ucar Rayon İcra Hakimiyyətinə tapşırılsa da, bu qurumda məsələyə laqeyid münasibət göstərilib: “İcra başçısının müavini Vaqif Mehdiyev buna mane oldu. Bizə söz verildi ki, yol tikintisi başlayan kimi ilk növbədə sizin yaşadığınız ərazinin yoluna asfalt çəkiləcək. Biz, inanıb ümüd etdik ki, söz verilibsə, əməl ediləcək. Ancaq yol tikintisi Qazyan kəndində başqa ərazidə aparıldı və bizim yola asfalt vurulmasının nəzərdə tutulmadığını bildirdilər. Hansı ki, yol tikintisi və abadlıq işləri üçün cənab Prezident dövlət büdcəsindən hər il külli miqdarda vəsait ayırır. Bir kənddə yol tikintisi nəzərdə tutulubsa, bunu bütün kəndə aid etmək lazımdır. Kəndin bir hissəsi yol tikintisinə sevinsə də, digər hissəsinin arzusu gözündə qaldı. Bu isə ayrıseçkilik və yarımçıq iş deməkdir…”

Sonda mətbuat vasitəsilə bir daha ölkə başçısına müraciət edən kənd sakinləri bu problemin tezliklə həll olunmasını xahiş edirlər.

Müraciəti aşağıdakı sakinlər imzalayıblar:

1. Həsənov Şahin Əliheydar oğlu

2.Qasımov Teymur Əlikram oğlu

3.Həmidov Əvəz Ağalı oğlu

4.Abdullayev Təbriz Əliyar oğlu

5.Səmədov Rafiq Nazim oğlu

6.Kərimov Elçin Tahir oğlu

7.Qasımov Rüstəm Alı oğlu

8.İbrahimov Müşfiq Səmid oğlu

9. Cəfərov Sarı Qəfər oğlu

10. Həmidov Rəşid Məhəmmədəli oğlu

11. Abdullayev Eldar Abdul oğlu

12.Həsənzadə Elnur Şahin oğlu

13. Abbasov Məsim Abbasqulu oğlu

14.Mehdiyev Saleh Qamət oğlu

15. Abdullayev Elxan Abdul oğlu

16. Abdullayev Mahir Məmməd oğlu

17. Abdullayev Faxrət Ağasəf oğlu

18. Rəhimov Əhməd Arif oğlu

19. Quliyev Şahin Əli oğlu

20. Vahidpv Vahid Məhəmmədəli oğlu

21.Vəliyev Ülvi Ağasəf oğlu

22. Vəliyev Rahib Kamil oğlu

23. Əhmədov Ehtiram Əhməd oğlu

24. Mahmudov Mahmud Zakir oğlu

25. Əhmədov İlqar Surxay oğlu

26. Əliyev Mahmud Məmməd oğlu

27.Bağırov Ceyhun Bilal oğlu

28. Quliyev Kamil Davud oğlu

29. Rəhimov Lətif Rəhim oğlu

30. Əliyev Nicat Musa oğlu

31. İsmayılov Elşən Cavad oğlu

32.Bağırov İsmayıl Nazim oğlu

33. Məlikov Vüqar Mehman oğlu

34. Abdullayev Kamil Həsən oğlu

35.Məmmədov Aydın Əlsaab oğlu

Bənzər yazılar

Back to top button