İqtisadiyyat

“İcra başçısı və müavinləri Lənkəranı talayır” – Ekspert məmurların “sərvət siyahısı”nı yaydı (VİDEO)

Lənkəranın icra başçısı Taleh Qaraşov və onun müavini Rəsilə Əliyeva haqqında sensasiyalı video-müraciət yayılıb.

Reyting.az xəbər verir ki, təhsil üzrə tanınmış ekspert Elşən Qafarov sosial şəbəkədəki hesabında Lənkəranın icra başçısı və onun müavini tərəfindən talan edildiyini bildirib.

Ekspert, icra başçısı Taleh Qaraşovun xanım müavininin təsiri altında olduğunu da iddia edib.

E. Qafarov video-müraciətində T. Qaraşov və müavininin korrupsiya sxemlərini açır və çoxsaylı mülkləri hansı vəsaitlə əldə etdiklərinin araşdırılmasını vacib sayır.

Ekspert, eyni zamanda, Rəsilə Əliyevanın müavin olduğu qısa müddətdə aldığı və ya ona bağışlanan əmlakları sadalayır:

1. “Dəniz Hotel” (anasının adına sənədləşdirilib)

2. Bakıda, “Gənclik” metrostansiyası yaxınlığında villa (850 000 manat dəyərində)

3. Lənkəranda, Qala adlanan mərkəzi yaşayış massivində 2 otaqlı mənzil

4. Lənkərənda, dəniz kənarında villa

5. Rvo kəndi ərazisində, Lənkəran çayı sahilində böyük torpaq sahəsi

6. Bakıda, Ağşəhərdə (AMAY TM-nin yaxınlığında) 3 otaqlı mənzil

7. Lənkəranda, “RayPO” adlanan yaşayış massivində 4 otaqlı mənzil

8. Lənkəranda, “EvroAptek” deyilən binada 2 otaqlı mənzil və s.

E. Qafarovun bu və digər iddiaların yer aldığı video-müraciətini təqdim edirik:

https://youtu.be/gYwKvNaCoOw

Lənkəran Şəhər İcra Hakimiyyətinin məsələyə münasibətini dərc etməyə hazırıq.

Bənzər yazılar

Back to top button