Gündəm

Müdafiə Nazirliyindən Xudafərinlə bağlı açıqlama

“Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır”

AzToday.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.

“Ermənistan müdafiə nazirliyinin guya döyüşlərin Xudafərin istiqamətində getməsi barədə yaydığı məlumat cəfəngiyatdan başqa bir şey deyil və bu məlumatın şərh olunmasına heç ehtiyac da yoxdur. Bu məlumat Ermənistan ictimaiyyətində hökm sürən qorxunun qismən azaldılmasına hesablanmış dezinformasiyadır” – deyə açıqlamada qeyd olunur.

Bənzər yazılar

Back to top button