İdman

“Qızıl top”a namizədləri açıqladı: Nə Messi var, nə də Ronaldu

“Mançester Yunayted”in keçmiş hücumçusu Robin van Persi “Qızıl top” mükafatına favoritlərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, van Persi siyahısında “Barselona”nın hücumçusu Lionel Messi və “Yuventus”un forvardı Kriştianu Ronalduya yer verməyib. Hollandiyalının “ilk üçlüyü”ndə Robert Levandovski (“Bavariya”), Kevin De Bröyne (“Mançester Siti”) və Sadio Mane (“Liverpul”) var.

Qeyd edək ki, son 12 ildə Messi 6, Ronaldu isə 5 dəfə “Qızıl top” mükafatını qazanıb.

Bənzər yazılar

Back to top button