Cəmiyyət

Türkiyə səfiri zəlzələdən zərərçəkənlərin ehtiyacı olduğu yardımı açıqlayıb

Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycandan təbii fəlakətdən ziyan dəymiş vilayətlərə yük avtomobilləri və təyyarələrlə humanitar yardım kimi 5624 çadır göndərilib. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bugünkü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bundan əlavə, Azərbaycandan Türkiyəyə 401 ton dərman, 1200-dən çox generator, 6240 isitici, 737 ton qida məhsulları göndərilib.

Eyni zamanda, Bağçı zəlzələdən zərərçəkənlərə yardım etmək istəyənlərə müraciət edərək geyim göndərməməyi xahiş edib.

“Artıq çox sayda geyim toplanıb və hazırda onun paylanması prosesi başlayıb. Kömək etmək istəyənlər çadır və generatorlar göndərə bilər, buna daha çox ehtiyac var”, – səfir deyib.

Bənzər yazılar

Back to top button