Hadisə
Əfv Məsələləri Komissiyası 700 müraciətə baxıb

Çərşənbə axşamı Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib və 100-ə yaxın müraciətə baxılıb.
Komissiyadan Turan-a bildiriblər ki, bu ilin yanvarından 700-dən çox müraciətə baxılıb.
Növbəti iclas fevralın 23-də olacaq. İclaslar may ayına qədər davam edəcək.
Bundan öncə xəbər verildiyi kimi, prezidentin əfv sərəncamı eks-prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi (10 may) münasibətilə olacaq.