İdman

UEFA-dan Ramil Şeydayevlə bağlı paylaşım

UEFA “Qarabağ”ın hücumçusu Ramil Şeydayevlə bağlı paylaşım edib.

Qol.az xəbər verir ki, Avropa Konfrans Liqasının sosial şəbəkə hesablarında 26 yaşlı hücumçunun bu mövsüm bütün turnirlərdə vurduğu qollar və etdiyi məhsuldar ötürmələrin sayı göstərilib.

Onun 16 qol vurması, 5 məhsuldar ötürmə (əslində 7 qol ötürməsi var-red.) etməsi göstərilb.

Xatırladaq ki, “Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsində fevralın 16-da Belçikanın “Gent” komandası ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək.

Bənzər yazılar

Back to top button