Dünya

Bu gün Ermənistanın XİN başçısı Türkiyəyə səfərə gedib

Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfərə gedib. O, həmkarı Mevlüt Çavuşoğlu ilə görüşəcək, habelə zəlzələdən zərər çəkmiş, erməni xilasedicilərin axtarış-xilasetmə işlərini həyata keçirdiyi Adıyaman şəhərinə baş çəkəcək. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bildirib.

Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaar bunu tarixi səfər adlandırıb: “Bu, ehtiyacı olan qonşunu dəstəkləmək qərarının ardınca gələn tarixi səfərdir. Ümid edirəm ki, bu, münasibətlərdə baş verəcək gələcək hadisələrin xəbərçisidir”.

Mirzoyan ötən il Türkiyəyə səfər etmişdi. 12 mart 2022-ci il tarixində Çavuşoğlu və Mirzoyan Antalyada İkinci Diplomatik Forum çərçivəsində danışıqlar aparmışdı.(Turan)

Bənzər yazılar

Back to top button