İqtisadiyyat

MTN polkovnikinin şirkəti ləğv olunur

10 il əvvəl – 2013-cü ilin mart ayında dövlət qeydiyyatına alınan “Zaur-RM Kəndli Fermer Təsərrüfatı” MMC (VÖEN – 1303196661) ləğv olunduğunu açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, ev 4, mənzil 22 ünvanına bildirmələri istənilir.

Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Mansurov Rüfət Talıb oğludur. Rüfət Mansurov şirkətin adını oğlu Zaurun və öz ad-soyadının baş hərflərinə uyğun adlandırıb.

Onu da qeyd edək ki, ləğv olunan şirkətin qanuni təmsilçisinin keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin sabiq rəisi, polkovnik Mansurov Rüfət Talıb oğlu ilə eyni şəxs olduğu bildirilir.

Rüfət Mansurov MTN-də İstintaq İdarəsinin rəisi olduğu dövrdə bir sıra qalmaqallı cinayət işlərini araşdırıb. Ali Sovetin sabiq sədr müavini Afiyəddin Cəlilovun və Prezident yanında Xüsusi İdarənin sabiq rəisi Şəmsi Rəhimovun qətlə yetirilməsiylə bağlı istintaq işinə rəhbərlik edənlərdən biri olub.

Bənzər yazılar

Back to top button