Hadisə

Təranə Səmədova ilə bağlı iddialar: 13 yaşlı qızını döyüb, evdən qovurmuş

Həbs olunan prodüser Təranə Səmədovanın uşaqları Azərbaycan Uşaq Birliyinin sığınacağına yerləşdirilib.

Bu barədə Qaynarinfo-ya açıqlamasında birliyin sədri Kəmalə Ağazadə deyib. Onun sözlərinə görə, uşaqlar hazırda müayinə prosesindən keçirilir:

“Uşaqlar bir həftəyə yaxın Rəqsanənin yanında olub. Rəqsanə dedi ki, hər şey qanunun tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Mən ona bildirdim ki, öncə uşaqları qəbul edib, müayinə olunmalı və vəziyyətləri qiymətləndirilməlidir. Uşaqların biri 7 aylıq, digəri 13 yaşındadır”.

Kəmalə Ağazadə hesab edir ki, dövlət bir müddətdən sonra uşaqların hansı müəssisəyə köçürülməsi ilə bağlı qərar verəcək:

“Bunları aidiyyatı qurum həyata keçirəcək. Bütün qonşuların bildirdiyinə görə, qadının narkotik asıllığı olub. Problemlər var imiş. Bundan əvvəl də onun saxlanması barədə məlumat yayılmışdı. Söhbət uşaqların təhlükəsizliyi məsələsidir. Qonşular bildirirdi ki, ana böyük qızından pul qazanması tələb edir, döyürmüş, balaca qızla evdən qovubmuş. Bunların hamısı araşdırılacaq. Balaca uşaq inkişafdan geri qalıb. Baxanda 3 aylıq uşağa bənzəyir”.

Xatırladaq ki, fevralın 14-də saxlanılan Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə qadın alveri səbəbilə ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə Təranə Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Təranə Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələbetmə ittihamı ilə saxlanılmışdı.

Təranə Səmədovanın iki övladı var. Onun ikinci övladı 2022-ci ilin avqustunda anadan olub.

Bənzər yazılar

Back to top button