Dünya

Ukrayna parlamentində deputatlar arasında kütləvi dava – VİDEO

Ukraynanın Ali Radasında Donbas barədə qanun layihəsini müzakirəsi zamanı deputatlar arasında dava düşüb.

Aztoday.Az-ın Oxu.Az-a istinadən xəbərinə görə, davanın videosunu cümə axşamı, oktyabrın 5-də, “Obozrevatel” portalı dərc edib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bəyan edib ki, dava edən deputatlar qanun layihəsinin müzakirəsinə mane olmaq istəyiblər:

“Hazırda parlamentdə bəzi deputatlar Rusiyanın təcavüzkar kimi tanınması barədə qanunun qəbul edilməsinə mane olmağa çalışırlar”.

Bu sözlərdən sonra parlament üzvləri Turçinovun əlindən mikrofonu alaraq sındırıblar.

Bənzər yazılar

Back to top button