Dünya

Mirzoyan Ermənistanın Türkiyə ilə münasibətləri tam nizamlamağa hazır olduğunu təsdiq edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın Türkiyə ilə münasibətləri tam nizamlamağa, diplomatik münasibətlər qurmağa və Ermənistan-Türkiyə sərhədini tam açmağa hazır olduğunu və buna can atdığını təsdiq edib, xəbəri “Armenpress” yayıb.

Bu barədə Mirzoyan Ankarada Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşdən sonra verdiyi bəyanatda bildirib.

“Bugünki görüşümüz çox sayda həyata son qoyan fəlakətlə bağlıdır, amma bu çətin anda Türkiyədə olarkən bir daha Ermənistanın regionda sülh yaratmağa, xüsusən Türkiyə ilə münasibətləri tam nizamlamağa, diplomatik münasibətlər qurmağa və Ermənistan-Türkiyə sərhədini tam açmağa hazır olduğunu və buna can atdığını bir daha təsdiq etmək istəyirəm. Bu gün biz bu prosesin bəzi təfərrüatlarını müzakirə etdik, bizim birgə səylərlə Ani körpüsünü bərpa etmək, habelə sərhədlərin tam açılması ərəfəsində mövcud infrastrukturun qayğısına qalmaq barədə razılaşmamız var”, deyə Ararat Mirzoyan bildirib.

Çavuşoğlu humanitar sahədə həmrəyliyin “Cənubi Qafqazda münasibətlərin normallaşması prosesi üçün təkan olacağına” ümid etdiyini bildirib. “Ermənistanın Türkiyə ilə dialoqunda irəliləyişlər regionda sabitliyə töhfə verəcək. Bizim üç ölkəmiz səmimi addımlar atarsa, biz Cənubi Qafqazda uzunmüddətli sülhə nail ola bilərik”, deyə Türkiyənin xarici işlər naziri bildirib.(Turan)

Bənzər yazılar

Back to top button