İdman

Ronaldo illər sonra etiraf etdi: “Analardan və uşaqlardan üzr istəyirəm”

Braziliyalı Ronaldo maraqlı etirafları ilə günmədəmə gəlib.

Fanat.Az xəbər verir ki, əfsanəvi futbolçu illər sonra DÇ-2002-dəki saç düzümünün çox pis olduğunu bidirib:

“Saçlarım həqiqətən çox qorxunc idi. Bütün analardan, saç düzümünü mənə oxşadan uşaqlardan üzr istəyirəm”.

“Mən doğulduqdan sonra atam həkimin pulunu ödəyə bilməyib. Xəstəxanadan çıxara bilməyiblər məni, çünki ailəmin o pulu ödəmək imkanı olmayıb. Atam sahilə qaçaraq 3 kilo xərçəng toplayaraq satıb. Pulu bu yolla toplaya bilib. Amma həkim onun çəkdiyi əziyyəti gördükdən sonra pulu almayıb və mənə öz adını qoyub” deyə Ronaldo doğumu ilə bağlı danışarkən deyib.

Əfsanəvi futbolçu ən önəmli qollarından danışıb: “Bütün qollarımı sevirəm, hamısı mənim övladlarım kimidi. Almaniya ilə finalda vurduğum iki qol isə daha fərqlidi. Finaldan iki il öncə zədələrimə görə bir daha futbol oynamayacağımı deyirdilər. Amma yenidən oynadım. Dünya çempionu və bombardir oldum. O iki qol mənim geri dönmək üçün apardığım mübarizəni təmsil edir”.

Bənzər yazılar

Back to top button