İqtisadiyyat

Buğda 12% ucuzlaşıb, çörək niyə ucuzlaşmır? – Rəsmi rəqəmlər

Bu ilin yanvar ayı ərzində xarici ölkələrdən Azərbaycana 43 milyon 423,1 min dollar dəyərində 142 min 665,6 min ton buğda idxal olunub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı dəyər ifadəsində 33,7%, miqdar ifadəsində isə 52,2% artıb.

Bu, həm də o deməkdir ki, ölkəyə idxal olunan buğdanın gömrük dəyəri azalıb. Əgər ötən ilin ilk ayında idxal olunan buğdanın 1 tonunun gömrük dəyəri 346,6 dollar (589,2 manat) olubsa, bu ilin ilk ayında bu göstərici 304,4 dollar (517,5 manat) olub.

Rəqəmlərdən də göründüyü kimi, son bir ildə idxal olunan buğdanın dəyəri 12,2% azalıb. Lakin, qeydə alınan bu ucuzlaşma pərakəndə satış qiymətlərinə təsir etməyib. Ötən ilin ortalarında buğdanın bahalaşdığını əsas gətirərək çörəyin qiyməti artırıldığı halda, hazırda buğdanın ucuzlaşmasına rəğmən aşağı salınmır.

Xatırladaq ki, Azərbaycan buğdaya olan ehtiyacını daxili istehsal hesabına təmin edə bilmir. Azərbaycanda ərzaq məhsullarının istehsalı üçün hər il təxminən 2,5 milyon ton buğdaya ehtiyac olur. Bundan başqa toxum, mal-qara və quş yeni üçün də il ərzində 500-600 min ton buğdadan istifadə edilir. Azərbaycanda yerli istehsal isə təxminən 2 milyon tona yaxındır.

Bənzər yazılar

Back to top button