Cəmiyyət

Azərbaycanda 35 min nəfərdən çox narkotik vasitə istifadəçisi qeydiyyatdadır

2022-ci ilin hesabatına görə, Azərbaycanda 35 min 97 nəfər narkotik vasitə istifadəçisi var. Səhiyyə Nazirliyinin məlumatına görə, Respublika Narkoloji Mərkəzinin (RNM) Baş direktoru Orxan Cəfərov bunu fevralın 15-də nazirliyin rəsmi instaqram səhifəsində canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, onlardan 572 nəfəri qadın, 11 nəfəri 15-17 yaşarası yeniyetmə, 271 şəxs isə 65 yaşdan yuxarı olan insanlardır.

Mərkəz rəbəri deyib ki, narkotik vasitələrdən psixoloji asılılıq ilkin, fiziki asılılıq isə 2-3 həftə istifadədən sonra özünü göstərir.

O.Cəfərov narkotik vasitələri qəbul edən şəxslərdə ilkin əlamətlərin stres, əsəbilik, ünsiyyət qurmamaq, yuxusuzluq kimi simptomlar olduğunu bildirib.

Onun fikrincə, valideynlər övladlarını bu zərərli vərdişlərdən qorumaq üçün onların müəllimləri ilə davamlı ünsiyyətdə olmalı, uşaqlara nəzarəti gücləndirməlidirlər.

“Hər hansı bir narkotik vəsaitinin istifadə olunduğu test üsulu ilə aşkarlanır”, deyə Mərkəz rəhbəri bildirib.

Bənzər yazılar

Back to top button