GündəmHadisəManşet

Ekologiya Nazirliyinin qanunsuz hesab etdiyi karxana bütöv bir kəndi məhv edir: Baş Prokurorluq isə susur (FOTO, VİDEO)

Lənkəranın Təngivan kəndində çınqıl karxanası qeyri-qanuni fəaliyyət göstərməkdə davam edir. Artıq kənd sakinləri və ətraf mühit yetərincə zərər görüb.

AzToday.az xəbər verir ki, dünən kənddə monitorinq keçirməyə çalışan “Ecofront”un əməkdaşlarına karxana əməkdaşları hücum ediblər. Səbəb isə qeyri-qanuni fəaliyyətlərinin ictimailəşməsini qarşısını almaq olub.

“Ecofront”un yaydığı görüntülərdən məlum olur ki, ətraf kəndləri elektrik enerjisi ilə təmin edən işıq dirəkləri belə karxananın fəaliyyəti nəticəsində təhlükəli vəziyyətdədir:

“Fotodakı işıq dirəyinin vəziyyətinə baxsanız, kənddəki daş karxanasının özbaşınalığını azda olsa anlaya bilərsiniz. Bu gün Lənkarının Təngivan kəndindəki daş karxanasının qeyri-qanuni fəaliyyəti ilə tanış olduq. Qısacası kəndlilər, kənd acınacaqlı vəziyyətdədir.

Kəndlilər örüş torpaqlarını, pay torpaqlarını, bağlarını, bəzi gediş-gəliş yollarını itirib. Artezian quyularının bir hissəsi quruyub. Karxananın səs-küydən kənd sakinləri 10 ilə yaxındır əziyyət çəkir.

Çay yatağında ekoloji hal da ürəkaçan deyil, təəssüf ki. Hektarla ərazidə su tutucu funksiyanı yerinə yetirən meşəcinsili ağaclar ekskavatorlarla götürülüb. Yüzilliklər boyunca yataqda yaranmış onlarla hektar münbit torpaq qatı qazılıb və daşınıb. Karxanın fəaliyyəti nəticəsində çay suyu mütamadi lillənir və kəndlilərin bildirdiyinə görə karxana tullantılarını çaya tökür və s.

Tragikomik hadisə isə ondadır ki, karxanın fəaliyyəti qanunsuzdur və aidiyyəti qurumlar məsələyə göz yumur. Baş prokurorluqda 2 il əvvəl cinayət işi açılmasına baxmayaraq karxana hələ də öz işindədir. Nədənsə prokurorluq araşdırmanı 2 ildir bitirə bilmir.

https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=1177287332989888

https://www.facebook.com/ecofront.az/videos/771962801115895

Bənzər yazılar

Back to top button