İqtisadiyyatManşet

Azərbaycan xaricə nə qədər qaz satıb? – Nazirlik 2,2, Komitə 0,26 milyard deyir…

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə bu ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 255 milyon 612,7 min kub metr təbii qaz ixrac olunub.

Yeniavaz.com xəbər verir ki, Energetika Nazirliyinin açıqladığı məlumatda isə bu ilin yanvar ayında 2,2 milyard kub metr təbii qaz ixrac edilib.

Rəqəmlərdən də göründüyü kimi Gömrük Komitəsinin açıqladığı məlumatla Energetika Nazirliyinin açıqladığı məlumat arasında böyük fərq var.

Məlumat üçün bildirək ki, Gömrük Komitəsi təbii qaz ixracı ilə bağlı rəqəmləri gömrük bəyannaməsinə əsasən qeydə alır. Bu isə o deməkdir ki, ixrac olunan təbii qazın yalnız 11%-i gömrükdə rəsmi şəkildə bəyan edilir. İxrac olunan təbii qazın 89%-i isə gömrükdə bəyan edilmədən xaricə satılır.

Onu da qeyd edək ki, Gömrük Komitəsi hansı ölkəyə nə qədər xam neft satıldığını açıqlasa da təbii qazla bağlı məlumatları açıqlamır. Energetika Nazirliyi ixrac olunan təbii qazın 1 milyard kub metrinin Avropa ölkələrinə, 0,9 milyard kub metrinin Türkiyəyə, 0,3 milyard kub metrinin isə Gürcüstana satıldığını açıqlayıb. Amma, Gömrük Komitəsi bu barədə heç bir məlumat açıqlamayıb.

Qeyd edək ki, Komitə bir-neçə il əvvəl qaz ixracının ölkələr üzrə siyahısını açıqlasa da, daha sonra məlumatları yenidən “gizli saxlamağa” başladı.

Bənzər yazılar

Back to top button