Bizim seçimCəmiyyət

Hər gün ən azı bir erməni əsgərini məhv etməliyik – Deputat

Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə keçirilən Uluslararası Qarabağ Forumumda Qüdrət Həsənquliyev sərt çıxış edib.

“Azərbaycan ordusu hər gün erməni əsgərlərini məhv etməlidir. Ki, hər gün erməni ailələrinin evlərinə əsgər meyiti getsin”.

AzToday.az İnterpress.az-a istinadən xəbər verir ki, bu fikri Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə keçirilən Uluslararası Qarabağ Forumumda çıxış edən Milli Məclisin deputatı deyib.

Qüdrət Həsənquliyev bildirib ki, Qarabağın sülh yolu ilə həlli yoxdur: “Bunun üçün Rusiya dağılmalıdır mı, yoxsa İran dağılmalıdır ki, biz bu məsələni sülh yolu ilə həll edək. Bu qədər silahlar alınırsa, deməli, silahlar istifadə olunmalıdır. Qarabağla bağlı məsələlər təkcə Azərbaycan tərəfinin istəyi ilə həll olunmur. Bu məsələnin həlli üçün gərək Ermənistan tərəfinin də istəyi olsun. Bu istəyi də ermənilərdə yaratmaq üçün Azərbaycan ordusu hər gün erməni əsgərlərini məhv etməlidir. Ki, hər gün erməni ailələrinin evlərinə əsgər meyiti getsin”.

Bənzər yazılar

Back to top button