Siyasət

Paşinyan: “Yerevan sülh sazişi layihəsini Bakıya təqdim edib”

Dünən Ermənistan Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş layihəsi üzərində işi başa çatdırıb və sənəd Bakıya verilib. Bu, bizim təkliflərin yer aldığı sazişin tam variantıdır. Bu barədə cümə axşamı Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, sənəd ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə də verilib.

“Aydındır ki, bu sənəd Azərbaycan üçün də məqbul olmalıdır və biz ümid edirik ki, danışıqların üç mərhələsi nəticəsində qeydə alınan müəyyən irəliləyiş inkişaf edəcək.

Sənəddə uzunmüddətli sülhün pozulmasına dair istənilən ssenarini istisna edəcək razılaşmalar, əməli mexanizmlər olmalıdır”, – Paşinyan bildirib və əlavə edib ki, belə sazişi imzalamağa hazırdır.

“Mən belə məsuliyyəti öz üzərimə götürməyə və onu daşımağa hazıram”, – o deyib. (Turan)

Bənzər yazılar

Back to top button