Dünya

ABŞ rusiyalı oliqarxların müsadirə etdiyi pulları Ukrayna veteranlarına dəstək üçün istifadə edəcək – Dövlət Departamenti

Bayden administrasiyası ilk dəfə olaraq müsadirə edilmiş 5,4 milyon dollar vəsaiti Ukrayna xalqını dəstəkləmək üçün istifadə etmək niyyətindədir, – Dövlət Departamentinin xarici yardıma cavabdeh rəsmisi deyib.

Dövlət Departamentinin Xarici Yardım İdarəsinin direktoru Daphne Rand cümə axşamı jurnalistlərə deyib ki, ABŞ Ukraynaya əlavə yardım göstərmək üçün müsadirə edilmiş Rusiya aktivlərindən necə istifadə olunacağını öyrənir.

Prezident Bayden ötən ilin dekabrında Rusiya oliqarxlarının ələ keçirilən aktivlərinin Ukraynaya verilməsinə icazə verən Ukrayna haqqında Əlavə Qanunu imzalayıb.

Ədliyyə Nazirliyinin işçi qrupu “iqtisadi əks-tədbirlərin həyata keçirilməsi ilə məşğuldur, onun çərçivəsində Putinin müttəfiqi olan oliqarx Konstantin Malofeyevin 5,4 milyon dolları həbs edilib.

“Malofeyevin Ukraynada və Avropanın digər yerlərində hərbi birləşmələri maliyyələşdirməklə Şərqi Avropada vəziyyəti sabitsizləşdirməyə çalışıb”, o deyib.

“Biz onun 5,4 milyon pulunu ələ keçirə bildik və Ukrayna xalqını dəstəkləmək üçün istifadə etmək niyyətindəyik”, o dedi.

“Aktivlərin bərpası yaxşı xəbərdir, çünki kiçik də olsa ədalət ölçüsüdür. Putinin Ukraynaya qarşı döyüş maşınının üzvləri yavaş-yavaş məsuliyyətə cəlb olunurlar”, – Rand TURANın suallarını cavablandırarkən deyib.(Turan)

Bənzər yazılar

Back to top button