İdman

Qurban Qurbanov bugünkü oyunda qapını ona etibar etdi

UEFA Konfrans Liqasının pley-off mərhələsində bu gün “Gent”lə keçiriləcək oyunda “Qarabağ”ın qapısını kimin qoruyacağı məlum olub.

Qol.az xəbər verir ki, gürcüstanlı qolkiper Luka Quqeşaşvili ilk 11-likdə yer alıb. “Qarabağ” – “Gent” matçı saat 21:45-də başlayacaq.

Qeyd edək ki, əsas qapıçı Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra Ağdam təmsilçisində “Gent”lə oyunlarda qapıda Quqeşaşvilinin, yoxsa gənc qapıçı Amin Ramazanovun dayanacağı maraq doğururdu.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button