GündəmHadisə

Deputat Ramil Həsənin Moldava polisi ilə başı dərddə – UŞAQ QAÇAQÇILIĞI

Millət vəkili Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsən Moldovada cərimələnib. Bu hadisə, millət vəkilinin özünün də qarışdığı uzun və qaranlıq məsələlərdən biri oldu.

Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsən Moldovada 1500 lei (təxminən 89 ABŞ dolları) məbləğində cərimələnib. O, Vael Almariyə hücum etdiyinə görə ittiham olunub. Bu, Yekaterinanın hazırkı nikaha daxil olmazdan əvvəl münasibətdə olduğu, qızı Malikanın atasıdır.

Uzun sürən məhkəmə baxışının davam etdiyi hadisə, 25 oktyabr 2019-cu ildə baş verib. Həmin gün qəyyumluq komissiyası atanın uşaqla görüşlərinin cədvəli məsələsini həll edirdi. Cədvəl Yekaterinanı qane etmədi və o, hisslərini cilovlaya bilməyərək, yumruqları ilə Vaelə hücum edib. Polis Millət vəkili Ramil Həsənin özünü idarə edə bilməyən həyat yoldaşına qarşı cərimə tətbiq edib. İstintaq Kişinyov apelyasiya palatasınadək çatıb ki, orada 8 iyul 2020-ci ildə Yekaterina Həsənin qanunu pozduğu təsdiq edilib və onun üçün təyin edilmiş cəza qüvvədə saxlanılıb.

Xəbərdə bildirilir ki, Yekaterina Həsən uzun müddətdir ki, qanunla yola getmir. Və millət vəkili olan həyat yoldaşı bu işdə ona dəstək olur. Yekaterina Apellyasiya palatasında keçirilmiş dinləmələrdə iştirak etməyib. Hələ fevral ayında o, Vael Almari ilə birgə qızı Malikanı qaçıraraq Moldovadan Azərbaycana gəlib. Məhz qaçırma yolu ilə, çünki məhkəmə uşağın ölkə hüdudlarından kənara çıxarılmasını hər iki valideynin razılığı olmadan qadağan etmişdi və ata razılığını verməmişdi.

Millət vəkili Ramil Həsənin bu xoşagəlməz hadisə ilə nə əlaqəsi var? Birbaşa əlaqəsi var. Mövcud məlumata əsasən, məhz o, malikanı ölkədən çıxarıb. Diplomatik toxunulmazlıq adı altında Ramil Həsən uşağı Moldova hakimiyyəti tərəfindən nəzarət olunmayan separatçı Dnestryanı bölgəsinə çatdırıb, oradan onlar Ukraynaya gedib və sonra Bakıya doğru uçub.

Bu hadisə üzrə polis, 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan “Uşaqların ölkə hüdudlarından kənara qanunsuz çıxarılması” barədə CM-nin 207-ci maddəsi ilə cinayət işi açıb. (yenisabah.az)

Bənzər yazılar

Back to top button