Hadisə
Abid Qafarovun işi Apellyasiya Məhkəməsinə qaytarılıb

Ali Məhkəmə ötən il həbs olunmuş “KİM” Youtube kanalının əməkdaşı Abid Qafarovun işini apellyasiya instansiyasına qaytarıb. Bu barədə vəkil Aqil Layıc bildirib.
Qafarov Yasamal Rayon Məhkəməsinin qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilib. O, böhtan və təhqirdə (Azərbaycan Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri) ittiham olunur.
Məhkəmə onu Qarabağ müharibəsi veteranlarını “təhqir etməkdə” təqsirli bilib. Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Qafarov ittihamları rədd edib və bildirib ki, “Tərtər işi”nin füqurantlarına qarşı işgəncələrin açıqlanmasına görə siyasi motivlərlə təqib olunur.(Turan)