Siyasət

Mixel Saakaşvili Ermənistanı dərhal Azərbaycanla sülh müqaviləsi imzalamağa çağırır

Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixel Saakaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanı Azərbaycanla sülh müqaviləsi bağlıamağa çağırıb. Mixel Saakaşvilinin Ermənsutan Baş nazirinə müraciətində Ermənistan-Rusiya və Ermənistan-Avropa İttifaqı və NATO münasibətlərindən də danışılır.

“Siz açıq şəkildə bəyan etməli və dərhal Azərbaycanla sülh müqaviləsi imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində əsaslı dəyişikliklərə yol açmalısınız. Sizdə şəxsi cəsarət və siyasi cəsarət əskik olmayacaq və ümid edirəm ki, Putinə sizi məhv etməyə və eyni zamanda ölkənizi məhv etməyə və regionumuzu tamamilə sarsıtmağa imkan verməyəcəksiniz. Hamımızın üzləşdiyi təhlükə çox realdır və dərhal hərəkətə keçməyi tələb edir. Ümid edirəm bu dəfə tərəddüd etməyəcəksiniz. Sizə vəerməni xalqına uğurlar arzulayıram”, Saakaşvili qeyd edir.

Gürcüstanın keçmiş prezidenti Qafqaz regionunun və Ermənistanın taleyi onu çox narahat etdiyini bildirir.

“Rusiya ilə və bu yaxınlarda MDB sammitində bu təşkilatın dağılmasında məni praktiki olaraq günahlandıran Putinlə ünsiyyət təcrübəmə əsaslanaraq sizə bir neçə məsləhət verim.

Siz xalq üsyanları nəticəsində hakimiyyətə gəlmisiniz, yəni Putinin terminologiyası ilə desək – rəngli inqilab və inanın ki, siz onu necə mayalandırsanız da, and içsəniz də, o sizi heç vaxt bağışlamaz və bağışlamayacaq. Üstəlik, sizin son bəyanatlarınızdan, siyasi gedişlərinizdən və xüsusən də Roma Nizamnaməsinin ratifikasiyasından sonra – o, sizin qan düşməninizdir və əlində olan bütün imkanlarla – daxili iğtişaşlarla, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və hibrid müharibənin bütün arsenalından istifadə edəcək”, sənəddə qeyd edilir.

Saakaşvilinin fikirincə, Nikol Paşinyan hakimiyyətə gələndən sonra əsaslı islahatlar apara bilməyib.

“Ona görə də indiki dövlət aparatınız həqiqətən də Kremlin beşinci kolonudur. Avropaya inteqrasiyada gecikmisiniz. Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni şans verir. Müəyyən müddətdən sonra biz üç Baltikyanı ölkə kimi yaşaya bilərik – açıq sərhədlərlə, hər birinin üstünlüklərindən istifadə edərək bütöv bir logistika, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməli və hər hansı bir tərəddüd etməməlisən. Rusiya hərbi bazasının dərhal çıxarılmasını tələb edin, MDB, KTMT, gömrük ittifaqından çıxın və Avropa İttifaqı və NATO-ya müraciət edin”, Saakaşvili müraciətində qeyd edir.(Turan)

Bənzər yazılar

Back to top button