GündəmHadisə

Bəxtiyar Hacıyevin quru aclığa keçdiyi bildirilir

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev quru aclığa keçdiyi bildirilir.

Bu barədə Turana B.Hacıyevlə fevralın 16-da telefonla danışan vəkil Aqil Layıc məlumat verib.

Onun sözlərinə görə, fəal müalicə müəssisəsində ona qarşı olan rəftardan çox narazıdır. “Ombudsmana və ailəsinə zənglərinə məhdudiyyət qoyublar. Aiddiyyatı yerlərə yazdığı ərizəiləri qəbul etmirlər, valideyni ilə bu gün görüşə imkan verməyiblər. Hədsiz dərəcədə psixoloji təsir altındadır”.

Vəkil qeyd edib ki, B.Hacıyevin sözlərinə görə, o bu gün günortadan etibarən quru aclığa keçib və bununla bağlı ərizəsini belə qəbul etmirlər. “Deyir müəssisədə canını boğazına yığıblar davranışları ilə”.

A.Layıc vurğulayıb ki, bununla bağlı Ombudsmana, Ədliyyə Nazirliyinə müraciət edib. “Bəxtiyarın məsələsinə dərhal reaksiya verməklərinə xahiş etdim. Artıq bütün olanlara görə quru aclığa keçməsi faciəni daha da yaxınlaşdırır”.

* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button