İqtisadiyyat

BNA: Daşıyıcı şirkətlərin karantin dövründə davranışları onlarla bağlı qərarlara təsir edəcək

“İndiki dövrdə avtobusların xətlərdən çıxarılması deyil, ancaq xətlərə daxil edilməsi baş verə bilər”.

AzToday.az “Report”a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

“Daşıyıcıların bu günlərdə yanaşması bizim tərəfimizdən izlənilir. Pandemiya dövründən sonra qərarlar həmin istiqamətlərdə veriləcək ki, qoyulan qaydalara hansı şirkətlər daha ciddi əməl etdi, hansılar isə dırnaqarası yanaşdı”, – o əlavə edib.

Bənzər yazılar

Back to top button