İdman

Ronaldodan het-trik, “Yuventus”dan qələbə

“Yuventus” İtaliya A seriyasında növbəti oyuna çıxıb.

Qol.az xəbər verir ki, Turin klubu 18-ci turda doğma meydanda “Kalyari” ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.

“Yuventus” – “Kalyari” – 4:0
Qollar: Ronaldo, 49, 67-pen, 82, İquain, 81

Bu qələbə ilə xalını 45-ə yüksəldən Maurisio Sarrinin komandası turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “İnter” 42 xalla (17 oyun) 2-ci, “Latsio” 39 xalla (17 oyun) 3-cüdür.

Bənzər yazılar

Back to top button